Putin və Səudiyyə Ərəbistanı kralı arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Al Səud arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Salman bin Əbdül Əziz Al Səud Rusiya prezidentini Səudiyyə Ərəbistanına səfər etməyə dəvət edib.

Bundan əlavə tərəflər çoxşaxəli ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, Suriya məsələsini, Yaxın Şərq regionundakı vəziyyəti və jurnalist Camal Xaşkacinin öldürülməsini müzakirə ediblər.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31