Yunanıstan sahilərində zəlzələdən sonra sunami baş verib

İonik dənizində, Yunanıstan sahillərində zəlzələdən sonra sunami baş verib.

Sunaminin hündürlüyü 20 santimetr təşkil edib.

Bundan əlavə Mərkəzdən bildiriblər ki, zəlzələ və sunami nəticəsində heç bir dağıntının olacağı gözlənilmir.

Xatırladaq ki, bir neçə saat əvvəl İonik dənizində, Yunanıstan sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Afina şəhərindən 282 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

TREND

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31