Türkiyədə 29 oktyabra planlaşdırılmış terrorun qarşısı alınıb
26 Oktyabr 2018 11:11 DünyaTürkiyənin Adana vilayətində terror aktının qarşısı alınıb. Terror hadisəsinin İŞİD terror təşkilatı tərəfindən təşkil edildiyi və 29 oktyabr - Türkiyə Respublika Gününə reallaşdırılacağı deyilir.
Məlumata görə, terror əleyhinə keçirilən əməliyyat çərçivəsində İŞİD-in 6 üzvü saxlanılıb, saxlanılanlardan bir nəfərin qadın olduğu qeyd edilir.
Saxlanılanların kimliyi və vətəndaşlığı açıqlanmır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31