Məktəbliləri daşıyan avtobus suda batdı: 10 ölü, 11 yaralı
26 Oktyabr 2018 10:12 Dünyaİordaniyada sərnişin avtobusu qəzaya uğrayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Yaxın Şərq regionunda leysan yağışları nəticəsində yaranmış daşqın zamanı batıb. Hadisə zamanı avtobusda 44 nəfər olub, onlardan 37-i məktəbli imiş.
Qəza nəticəsində 10 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
Təcili xidmətlərin əməkdaşları yaralılara yardım göstərir. Hadisənin başvermə şəraiti araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31