Toyları bu gün oldu, qovuşmaları 50 il sonra baş tutacaq

ABŞ-ın Kaliforniya ştatında qətllə bağlı rutin məhkəmə prosesi kuryozla başa çatıb. Hakim hökmü oxuyandan cəmi bir dəqiqə sonra nikah mərasimi keçirib və müttəhimi ailə qurması münasibətilə təbrik edib. Amma bəylə gəlinin qovuşması 50 il sonraya qalıb.

Belə ki, 36 yaşlı D.Desbroun qətldə suçlanaraq 53 il müddətinə azadlıqdan məhrum edilib. Hökm oxunandan dərhal sonra hakim Patrisiya Kukson zaldakıların tam əksəriyyətinin çölə çıxmasını tələb edib. Zalda yalnız müttəhimin valideynləri və bacısı, habelə onun nişanlısı, 33 yaşlı Destininin qohumları qalıblar. Hakim Kukson nikahı rəsmiləşdirib. Bundan sonra Patrisiya Kukson təzə bəylə gəlinə evində bişirdiyi tortu verib.

Denn və Destini 20 il əvvəl tanış olublar. Destini hamilə qalandan sonra onlar ayrılıblar. Bu ilin yanvarında isə Destini oğlunun xahişi ilə Denni Facebook-da tapıb. Fəqət, həmin vaxt Denn artıq həbsdə idi. Destini məhkəmənin hər iclasına qatılmağa başlayıb və proses zamanı Denn oğlunun 33 yaşlı anasına evlənməyi təklif edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31