Bolqarıstanın 17 bölgəsində “narıncı təhlükə” kodu elan edilib

Bolqarıstanın 17 bölgəsində güclü külək səbəbindən "narıncı təhlükə" kodu elan olunub.

Bolqarıstanın milli meteorologiya və hidrologiya institutu bu barədə məlumat verib.

"Narıncı təhlükə" kodu Vidin, Montina, Vratsa, Pleven, Loveç, Pazardjik, Plovdiv, Qabrovo, Veliko Tırnovo, Ruse, Tırqovişte, Sliven, Şumen, Razqrad, Silistra, Varna və Dovriçdə müşahidə ediləcək. Bu bölgələrdə şimal-qərb küləyinin sürətinin saniyədə 20-25 metrdən 32 metrədək güclənəcəyi ehtimal olunur.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31