ABŞ rus bazasına hücum edib - Rusiya
25 Oktyabr 2018 17:39 DünyaRusiya ABŞ-ı Suriyadakı Hmeymim hərbi bazasına hücumda ittiham edib.
Bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin danışıb. Fomin Hmeymim bazasına dronla təşkil olunan hücumun arxasında Pentaqonun dayandığını bildirib.
"Hmeymimə 13 dronla eyni vaxtda hücum edilib. Dronları idarə edə bilməyiniz üçün müasir avadanlıqlara ehtiyac var. Bu hücum zamanı ABŞ-a məxsus Poseydon-8 kəşfiyyat təyyarəsi təxminən 8 saat ərzində Aralıq dənizi üzərində uçaraq hücumu koordinasiya edib", - Fomin bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31