Sakit okeanda yaranan “Yutu” tufanı “super tufan”a çevrilib

Sakit okeanda yaranan "Yutu" tufanı sürətlə böyüyərək, mərkəzində küləyin sürəti saatda 215 kilometrə çatan "super tufan"a çevrilib.

Oktyabrın 25-də günorta saatlarına olan məlumata görə, tufan Marian adalarından qərb istiqamətində irəliləyir. Tufanın mərkəzində havanın təzyiqi 905 hektapikselə bərabərdir.

Məlumatda qeyd edilir ki, tufanın maksimal sürəti saatda 305 kilometrə çatır ki, bu da onu fəslin ən güclü tufanına çevirir. "Yutu"nun gələn həftənin ortalarında Filippinə çatacağı gözlənilir.

Agentliyi yaydığı məlumata görə, tufan Okinava prefekturasının bəzi adalarının sahillərində də hündür dalğaların əmələ gəlməsinə səbəb olacaq.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31