Dalğıc okeanın dibində çay aşkar etdi — FOTO
25 Oktyabr 2018 16:46 DünyaVenesuelalı dalğıc sosial şəbəkədə maraqlı video çarx yayımlayıb.
Görüntülərə əsasən, dalğıc okeanın dibində gəzir, bir çayın yanından keçir, qayıqla rastlaşır və suya kəllə vurur.
Video geniş marağa səbəb olub. Bir çoxları onun real yoxsa illuziya olduğunu ayırd edə bilməyib. Görüntülərdə dalğıc okeanın dibində ağır addımlarla hərəkət edir. Gözlük taxan adam bir qaya üzərində hərəkət edir. O, müntəzəm olaraq sualtı çayın üstündən o tərəf bu tərəfə tullanır. Bir neçə addımdan sonra dalğıcın qarşısına dəniz çıxır. Qayanın kənarına yaxınlaşdıqca arxa planda qayıq da görünür.
Okeanın dibində olan dalğıc isə yenidən suya tullanmağa hazırlaşır.


Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31