Müsəlman soyqırımı davam edir: 270 min qaçqın, yüzlərlə xaraba kənd… – BMT

BMT-nin Beynəlxalq Myanma Araşdırmalar Missiyasının prezidenti Marzuki Darusman Myanmanın Arakan bölgəsində müsəlmanlara qarşı soyqırımın davam etdiyini açıqlayıb.

Darusman bununla bağlı kifayət qədər fakt aşkarlandığı halda, Myanma hökumətinin bu ittihamları qəbul etmədiyini bildirib.

Onun sözlərinə görə, Arakandan çıxa bilməyən Rohinqiya müsəlmanları ciddi təzyiq altında və kütləvi qırğın təhdidi ilə üz-üzə qalıb.

Beynəlxalq ictimaiyyəti Myanma hökumətinə qarşı mübarizəyə çağıran Marzuki Darusman qeyd edib ki, hökumətin soyqırım siyasətinə etiraz edilməyəcəyi halda, vəziyyət müsəlmanlar üçün daha təhlükəli hal alacaq.

BMT-nin son hesabatına görə, 2017-ci il avqustun 25-dən Arakandan qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 720 min nəfəri keçib. Digər yandan, bu müddət ərzində bölgədə yüzlərlə müsəlman kəndi Myanma hökumətinin silahlı birləşmələri tərəfindən darmadağın edilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31