Rusiya və Ukraynanın “dəniz döyüşü” – AP-dan reaksiya
25 Oktyabr 2018 15:13 DünyaAvropa Parlamenti öz saytında Azov dənizi ilə bağlı qətnaməni paylaşıb.
Qətnamədə AP Rusiyanın bu dənizi özünün daxili gölü elan etmək istədiyi bildirilib. Moskvanın həmçinin Azov dənizində Ukraynanın neft və qaz yataqlarına maraq göstərdiyi və buranı ələ keçirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, son aylar ərzində Moskva ilə Kiyev arasında Azov dənizində münasibətlər gərginləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31