“Yahoo!” haker hücumuna görə istifadəçilərə 50 milyon ödəyəcək

Amerikanın "Yahoo!" şirkəti haker hücumuna məruz qalan 200 milyon istifadəçisinə 50 milyon dollar ödəməyə razılıq verib.

Şirkət, həmçinin, iki il müştərilərinə "AllClear" ödəniş məlumatlarının qorunması üzrə pulsuz servis xidməti göstərəcək. Bu müddət noyabrın 29-da keçiriləcək San-Xose məhkəməsinə baxılmaq üçün təqdim olunmuş dünya sazişi layihəsində öz əksini tapıb. 

Qeyd edək ki, hakerlər 2013-cü ildə "Yahoo!" istifadəçilərinin məlumatlarını ələ keçiriblər. Şirkət isə bu faktı 2016-cı ildə açıqlayıb. 2017-ci ildə isə "Yahoo!" haker hücumundan 3 milyard istifadəçinin zərər çəkdiyini elan edib. Baş direktor Mariss Mayer kiberhücumların rusiyalı hakerlər tərəfindən edildiyini bildirib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31