Belqrad müsəlman qatili generalın kitabını dərc etdi

Serbiya Müdafiə Nazirliyi Kosovada hərbi cinayətlər törətmiş Yuqoslaviya ordusunun keçmiş generalı Neboyşa Pavkoviçin kitabını dərc etdirib.

Bu məlumatı "Balkan İnsights" saytı yayıb. Yeni kitabın NATO-nun 1990-cı ilin mart-iyun ayında Yuqoslaviyada apardığı hərbi kampaniyaya həsr edildiyi vurğulanıb. Müdafiə Nazirliyinin təqdim etdiyi kitab Belqradda keçirilən kitab yarmarkasına da çıxarılıb.

Qeyd edək ki, Pavkoviç 2009-cu ildə insanlığa qarşı cinayətdə ittiham edilərək, 22 il azadlıqdan məhrum edilib.

kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31