Efiopiya tarixində ilk dəfə qadın prezident seçilib
25 Oktyabr 2018 13:10 DünyaEfiopiya tarixində ilk dəfə qadın prezident seçilib.
Bunu Efiopiya Baş naziri administrasiyasının başçısı Fitsum Areqa bildirib.
"Parlamentin hər iki palatası səfir Sahle-Vork Zevdeni dövlət başçısı seçib. Bu şəxs müasir Efiopiyanın tarixində bu vəzifəyə seçilən ilk qadındır", - o vurğulayıb.
Qeyd edək ki, parlamentin hər iki palatası 2013-cü ildən ölkəyə rəhbərlik edən Mulatu Teşomenin istefasını qəbul edib. Efiopiya Konstitusiyasına əsaən, parlement prezidenti 6 illiyə seçir. O, bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Prezident daha çox təmsilçilik funksiyasını yerinə yetirir. Efiopiyada real hakimiyyət Baş nazirə məxsusdur.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31