"İstanbulun BMT-nin mərkəzi olması üçün..." - Ərdoğan

İstanbulun BMT-nin mərkəzi olması yolunda addımlar atdıq və bir çox BMT agentliyinin regional ofislərinin bu şəhərə daşınması istiqamətində işlər davam etdirilir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin yaranmasının 73-cü ildönümü ilə bağlı açıqlamasında bildirilib.

"Bu gün bəşəriyyət olaraq iqlim dəyişikliyindən etnik təmizləmələrə, aclıqdan düşmənçiliyə, yoluxucu xəstəliklərdən terrorizmə qədər uzanan geniş bir spektrdə ciddi sınaqlarla qarşı-qarşıya qaldıq. Qlobal miqyasda bu problemlərin Afrika və Asiyadakı iqtisadi imkanları məhdud dövlətlər başda olmaqla, inkişaf etməkdə olan ölkələrə daha çox təsir etdiyinə şahid oluruq. Bu problemlərlə təkbaşına mübarizə aparmaq mümkün deyil. Son illərdə yaşanan çatışmazlıqlara baxmayaraq, BMT bəşəriyyətin ortaq məsələlərinə həll yolu tapmaq üçün ən mühüm platformadır", - Ərdoğan qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31