"Bu halda ordumuz hər şeyi edəcək" – Çindən savaş hədəsi

Tayvan Çindən ayrılacağı təqdirdə Çin ordusu bütün lazımı addımları atacaq.

Bunu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı Çin Müdafiə naziri Vey Fenxe deyib.

"Kimsə Tayvanı Çindən ayırmağa cəhd etsə, o zaman Çin ordusu lazımi bütün addımları atacaq. Biz geri çəkilməyəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, Tayvan Çindən 1949-cu ildə ayrılıb. 1980-ci illərə qədər tərəflər arasında heç bir münasibət olmayıb. Pekin hazırda da Tayvan üzərində heç bir nəzarətə malik deyil.

Tayvanın ABŞ-la yaxınlığı Çinin narazılığına səbəb olur. Çin dəfələrlə ABŞ-a Tayvana hərbi yardımları dayandırmağı tələb edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31