Serj Sərkisyanın köməkçisi ABŞ-a səfir göndərildi

Ermənistan Prezidenti Armen Sərkisyan Ermənistanın ABŞ-dakı səfiri Qriqor Ovanisyanı istefaya göndərib.

Sərkisyan Ovanisyanın yerinə Varujan Nersisyanı təyin edib.

Qeyd edək ki, Ovanisyan Serj Sərkisyanın dostu, iş adamı Barseq Bəyləryanın qohumudur. Ən maraqlı məqam odur ki, bu vəzifəyə yeni təyin edilən şəxs də Serj Sərkisyanın adamıdır. Belə ki, yeni səfir Nersisyan Sərkisyanın köməkçisidir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31