Rusiya “Admiral Kuznetsov”dan daha böyüyünü tikir

Rusiya "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisindən daha böyük təyyarədaşıyan hazırlayır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov deyib. O, yeni təyyarədaşıyan gəminin nə zaman istifadəyə veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, "Admiral Kuznetsov" gəmisi 1991-ci ildə istifadəyə verilib. Gəminin göyərtəsinə S-33, Su-25 təyyarələri, həmçinin Ka-27 və Ka-29 vertolyotları yerləşir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31