Tereza Mey: "Ər-Riyadın Xaşuqcinin qətli ilə bağlı izahı etimada layiq deyil"
25 Oktyabr 2018 12:09 DünyaBöyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına onun ölkəsinin jurnalist Camal Qaşıqçının ölümünün təfərrüatları ilə bağlı verdiyi izahatın etimada layiq olmadığını deyib.
Bunu Britaniya baş naziri ofisinin mətbuat katibi bildirib.
"Odur ki, dəqiq nəyin baş verdiyini üzə çıxarmağa kəskin ehtiyac var. O, Səudiyyə Ərəbistanını təkidlə Türkiyə istintaqı ilə əməkdaşlıq etməyə və nəticələrlə bağlı şəffaf olmağa çağırdı. Bütün faktların müəyyən edilməsi vacibdir", - məlumatda bildirilir.
Bundan əvvəl Səudiyyə Ərəbistanı İstanbuldakı konsulluğunun bağçasında və quyuda axtarış aparmağa icazə verib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31