Tramp ABŞ siyasətçilərinə partlayıcı maddə göndərilməsinə münasibət bildirib
25 Oktyabr 2018 12:03 DünyaABŞ prezidenti Donald Tramp ABŞ siyasətçilərinə göndərilən partlayıcı maddələrlə bağlı bildirib ki, amerikalıların təhlükəsizliyi onun əsas prioritetidir.
Prezident hüquq-mühafizə orqanları və administrasiya üzvlərinin baş verənlər barədə onu məlumatlandırdıqlarını və faktlarla bağlı araşdırmaların aparıldığını deyib.
"Amerikalıların təhlükəsizliyi mənim üçün əsas və mütləq prioritetdir", - deyə ABŞ prezidenti bildirib.
Bir neçə gün ərzində CNN teleşirkətinin yerləşdiyi binaya, sabiq prezident Bill Klintonun evinə və məşhur milyarder Corc Sorosa içində partlayıcı olan bağlama göndərilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31