Sel Rusiyada da iki nəfəri öldürdü

Rusiyada leysan yağışlar ölümə səbəb olub.

Krasnodar vilayətinin Tuapsin şəhərini su basması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb, daha bir nəfər isə itkin düşüb.

Yerli hüquq-mühafizə qurumlarının yaydığı məlumatda qeyd olunur ki, sonuncu leysan yağışlarından sonra şəhəri su basıb. Selin güclü olması səbəbindən Taps yolundakı körpü uçub, dəmir yolları qapanıb, qatarlarda gecikmə qeydə alınır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31