Ahmet Kuralla Sıla evlənir
24 Oktyabr 2018 19:16 DünyaGah küsüb, gah da barışan aktyor Ahmet Kuralla müğənni Sıla Gencoğlu evlənir. Bu barədə TV 8-də yayımlanan "Gel konuşalım" proqramı məlumat yayıb.
Cütlüyün yaxın günlərdə ailəvi olaraq tanışlığı baş tutacaq və toy danışıqları aparılacaq. Görüş üçün Sılanın İzmirdə yaşayan ailəsi İstanbula gəlib.
Sılanın Anadolu bölgəsində olan evində nişan mərasimi baş tutacaq. Tədbirdə cütlüyün dostları, ailə üzvləri iştirak edəcək.
"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31