Bill və Hillari Klintonun evinin poçt qutusuna bomba qoyulub
24 Oktyabr 2018 18:56 DünyaABŞ-ın keçmiş prezidenti Bill Klintonla həyat yoldaşı Hillari Klintonun evinin poçt qutusunda partlayıcı qurğu aşkarlanıb.
Bu barədə "New York Times" məlumat yayıb.
Bombanı Klintonların Nyu-Yorkdakı evlərinin poçt qutusunu yoxlayan işçiləri tapıb.
Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, partlayıcı qurğu bir neçə gün əvvəl amerikalı milyarder Corc Sorosun evinin poçt qutusuna qoyulanla eynidir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31