NASA Mars planetinin yeni fotosunu əldə etdi — FOTO
24 Oktyabr 2018 18:48 DünyaNASA-nın planetlər arası ilk nano peyki "MarCO" yeni foto əldə edib.
Bu barədə NASA-nın reaktiv hərəkət laboratoriyası məlumat verib.
"Marsa çatmaq üçün 6 ay vaxtımız getdi. Missiyanın bu fazası Mars zondları üçün kifayət qədər çətin idi. Bu səbəbdən kiçik uğurlar bizim üçün qələbə sayılır. Biz Marsı gördük və bu bizim üçün qələbədir", - deyə Kodi Kolli bildirib.
Hər iki peyk may ayının əvvəli "Atlas V" raketi ilə kosmosa göndərilib. Nano peyklər NASA tərəfindən hazırlanıb və mühəndislərə "İnSight" vasitəsilə Yer ilə rabitə qurmaq üçün nəzərdə tutulub.

Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31