Ayaqqabı imperiyasının banisi yüzilliyin ən yaxşı sahibkarı sayılıb
24 Oktyabr 2018 18:24 DünyaÇex Respublikası İqtisadi Palatası Çexoslovakiyanın yaradılmasının 100 illiyi ərəfəsində "Yüzilliyin sahibkarı" fəxri adının verilməsi üçün müsabiqəyə yekun vurub.
Reytinq ölkədə işləyən biznesmenlərin səsverməsi əsasında tərtib edilib.
Beynəlxalq ayaqqabı imperiyasının banisi Tomaş Batya "Yüzilliyin sahibkarı" hesab edilib. İkinci yeri Plzen şəhərində "Škoda" maşınqayırma şirkətinin əsasını qoyan Emil Şkoda tutub, üçüncü yerdə ixtiraçı Frantişek Krjijik qərarlaşıb. Kommunist rejimi 1989-cu ildə devrilənə qədər ölkədə işləyən biznesmenlərin heç biri "Yüzilliyin sahibkarı" adına ilk on namizədin sırasına daxil olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31