IMF Ukraynadan təbii qazın qiymətini bir qədər də artırmağı tələb edir

Ukrayna ilə Beynəlxalq Valyuta Fondu (IMF) arasındakı vaxtilə imzalanmış sazişə əsasən, ölkədə təbii qazın qiyməti daha 40% artırıla bilər.

Xatırladaq ki, tərəflər arasındakı əməkdaşlıq proqramında "mavi yanacağ"ın bazar qiymətinə satılması nəzərdə tutulub. Odur ki, rəsmi Kiyev IMF-nin tələbinə uyğun olaraq qazı mərhələli şəkildə bahalaşdırmalıdır. Növbəti qiymət artımının 15% olmaqla gələn ilin yazına planlaşdırıldığı bildirilir. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31