Paşinyan: "Bu deputat həbs edilməlidir"
24 Oktyabr 2018 14:50 DünyaHeç kim 1 mart hadisələrinin tam açılmayacağından şübhə etməsin.
Bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
O, yaxın zamanlarda ictimaiyyətə Ermənistan tarixinin ən böyük korrupsiya qalmaqalı haqqında məlumat veriləcəyini bildirib. Onun sözlərinə görə, burada məsələ deputatlardan birindən gedir:
"Həmin deputat həbs edilməlidir, amma bunun üçün sənəd lazımdır. İndiyə qədər istintaq bu sənədi əldə edə bilmir".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31