Güclü külək İranın bu şəhərini uçurdu

İranda güclü külək Qəsre-Şirin rayonunun infrastruktur obyektləri və kənd təsərrüfatına təxminən 207 min dollar ziyan vurub.

Bunu İranın Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun qubernatoru Muradəli Tatar deyib.

M.Tatar güclü küləyin quşçuluq və balıqçılıq sektoruna, bağlar, əkin sahələri, əsasən də şəkər çuğunduru əkilən sahələrə ciddi zərər vurduğunu deyib.

Qeyd edək ki, İranda saatda 112 km sürəti olan güclü küləklə müşahidə olunan hava şəraiti 3 gündür ki hökm sürür.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31