Keçmiş müdafiə naziri həbs olundu - İllər öncəki korrupsiya üzə çıxıb

"Mən pul almamışam, sizin heç bir sübutunuz yoxdur"

Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib.

Onlar korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar. Belə ki, Y.Papantoniu 2003-cü ildə vəzifəsinin icrasına görə hədiyyə qismində 2,8 milyon İsveçrə frankı almaqda, S.Kuraku isə cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır.

69 yaşlı sabiq nazir isə məhkəmədə ittihamları qəbul etməyib: "Mən pul almamışam, sizin heç bir sübutunuz yoxdur".

Xatırladaq ki, Ümum-Yunanıstan Sosialist Hərəkatı Partiyasının sabiq üzvü Y.Papantoniu 1994-cü ildən ölkənin milli iqtisadiyyat naziri, 1996-cı ildən 2001-ci ilədək milli iqtisadiyyat və maliyyə naziri, 2001-2004-cü illərdə isə milli müdafiə naziri vəzifələrində çalışıb. (trend)

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31