Türkiyə vaxtı açıqladı YENİ MÜZAKİRƏ

Türkiyə və Avropa İttifaqı (Aİ) arasında zirvə toplantısı keçiriləcək.

Türkiyə və Aİ ölkələrinin siyasi direktorları arasında keçiriləcək Siyasi Dialoq toplantısının tarixi bildirilib.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Zirvə görüşü bu il, oktyabrın 25-də, Ankarada keçiriləcək.

Görüşdə Aİ ölkələri və Türkiyə arasındakı münasibətlər, iqtisadi, ticarət, energetika, terrorla mübarizə, miqrasiya məsələləri, həmçinin Suriya, İraq, Orta Şərq sülh prosesi kimi beynəlxalq mövzular müzakirə olunacaq.


AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31