Ər-Riyad Qaşıqçının bənzərindən istifadəni təsdiqlədi
24 Oktyabr 2018 13:26 DünyaSəudiyyə Ərəbistanı rəsmiləri Qaşıqçı olayında jurnalistin dublyorundan istifadə etdiklərini qəbul ediblər.
Bu məlumatı "Assoşeyted Press" agentliyi yayıb. Səudiyyə hökumətindəki mənbə dublyordan istifadə edilməsinin əsas səbəbinin jurnalistin İstanbuldakı konsulluqdan çıxaraq başqa yerə getdiyi təsəvvürünü yaratmaq olduğunu bildirib.
Agentliyin digər mənbəsi isə Qaşıqçı üçün Türkiyəyə gələn şəxslərin məqsədinin onu Səudiyyə Ərəbistanına "milli dialoq üçün" aparmaq olduqlarını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31