Qaşıqçının nişanlısı Avropa Parlamentinə müraciət etdi
24 Oktyabr 2018 12:27 Dünyaİstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının nişanlısı Haticə Cengiz Avropa Parlamentinə müraciət edib.
Bu barədə parlamentin sədri Antonio Tayani bildirib.
Onun sözlərinə görə, Qaşıqçının nişanlısı təkcə cinayəti törədənlərin deyil, bu işdə əli olanların da hakim qarşısına çıxarılmasını istəyib. Tayani cinayətin ədalətli araşdırılacağına əminliyini ifadə edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31