“WhatsApp”a sifət və barmaq izi tanınması gəlir

"WhatsApp" messencerində sifət və barmaq izlərinə görə istifadəçilərin tanınması imkanı əlavə ediləcək.

Söhbət "WhatsApp" messencerinin "iOS" üçün versiyasından gedir.

"iPhone" istifadəçiləri "Touch ID" və ya "Face ID" texnologiyası üzrə messencerə giriş edə biləcəklər.

"WhatsApp" messencerinin bu yeni imkanı proqramın erkən sınaq alfa-versiyasında aşkar edilib.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31