İvanişvilidən çağırış: "Ona səs verin!"

Bidzina İvanişvili tərəfdarlarını Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilini dəstəkləməyə çağırıb.

O, Zurabişvilinin ilk turda 53% səs toplayaraq qalib gələcəyini bildirib. Onun sözlərinə görə, nə Qriqol Vaşadze, nə də David Bakradze Zurabişvilinin rəqibi ola biləcək:

"Vahid Milli Hərəkat Partiyası və "Rustavi 2" televiziyası özlərinin xəyanətini Zurabişvilinin üzərinə atmağa cəhd edirlər. Mən də Zurabişvili kimi hesab edirəm ki, Saakaşvilinin rəhbərlik etdiyi hökumət 2008-ci ildə müharibəni başlatmaqla xəyanətə yol verib".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31