"Tesla" salonunun dizaynında dəyişiklik edilib
24 Oktyabr 2018 12:19 Dünya"Tesla" şirkətinin baş direktoru İlon Mask "Tesla Model S" və "Tesla Model X" elektromobillərinin salonunun dizaynında dəyişiklik edildiyini elan edib.
Mask bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"İstehsalın sadələşdirilməsi üçün "Tesla Model S" və "Tesla Model X"in daxili dizaynının bir çox konfiqurasiyaları 1 noyabrdan müştərilər üçün əlçatmaz olacaq", - deyə o yazıb.
Qeyd edək ki, İlon Mask "Tesla"nın Direktorlar Şurasının sədri vəzifəsini tərk edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31