İranda 53 valyuta alverçisi həbs edilib
24 Oktyabr 2018 12:16 DünyaSon 10 gündə İranda valyuta bazarında qayadaları pozmaqda ittiham olunan 53 nəfər dollar alverçisi həbs edilib.
Bunu Tehranın prokuroru Abbas Cəfəri-Dövlətabadi bildirib.
Onun sözlərinə görə, həsb olunanlardan biri rəsmi kursla 240 milyon dollar alıb. Sonra onu sataraq, gəliri ilə Təbrizdə fabrik əldə edib.
Qeyd edək ki, cari ilin mayından etibarən İranın valyuta bazarında qeyri-sabitlik yaranıb. Ölkənin milli valyutasıreal dollara nisbətdə kəskin ucuzlaşıb. Bu isə ölkədə ciddi maliyyə-iqtisadi problemlərin yaranmasına səbəb olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31