Donald Tramp Cerom Pauellin FES sədri seçilməsinin səhv olduğunu düşünür
24 Oktyabr 2018 11:34 DünyaABŞ Prezidenti Donald Tramp Cerom Pauellin Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə təyin edilməsinin səhv olduğunu düşünür.
Bu barədə "The Wall Street Journal" yazıb.
Prezidentin fikrincə, ABŞ hər dəfə böyük bir iş görəndə Cerom Pauell faiz dərəcəsini artırır.
D.Tramp vurğulayıb ki, bu, deyəsən FES sədrini sevindirir.
ABŞ Prezidenti bu təyinatına görə təəssüf etdiyini söyləyib.
FES nümayəndələri isə məsələyə şərh verməkdən imtina ediblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31