Putin və Tramp arasında keçiriləcək görüşün tarixi açıqlanıb
24 Oktyabr 2018 11:22 DünyaRusiya prezidenti Vladimir Putin noyabrın 11-də Parisə səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
Bunu RF prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Qeyd olunur ki, danışıqların tarixi və yerini Rusiya prezidenti Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla görüş zamanı təsdiqləyib.
Yuri Uşakov bildirib: "Bu normal ikitərəfli görüş olacaq. Orada, əlbəttə, hər iki tərəfdən böyük bir heyətlər olmayacaq, ancaq əsas nümayəndələr".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31