"Facebook" messencerinin yeni versiyasını təqdim edib

"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tətbiqi - "Messenger"in 4-cü versiyasını istifadəyə verib.

Bu barədə şəbəkənin internet-bloqunda deyilir.

"Bu gündən başlayaraq biz "Messenger"in yeni, sadələşmiş versiyasını işə salırıq", - deyə məlumatda bildirilir.

Bloqda bildirildiyi kimi, "Facebook" araşdırma nəticəsində belə bir nəticəyə gəlib ki, sosial şəbəkənin istifadəçilərinin 70 faizi "Messeger"in istifadəsində ən əsas prioritet sadəliyi hesab edir: "Buna görə də tətbiqin yeni versiyasının interfeysi sadədir".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31