“İŞİD təyyarə istehsalına da başlamaq istəyib” – Nazir

"Sərhəddən kənarda apardığımız əməliyyatlarda İŞİD-dən təmizlədiyimiz ərazilərdə bomba istehsalı sexləri ələ keçirdik". 

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib. Nazir qeyd edib ki, İŞİD təyyarə istehsalına da başlamaq istəyib: "Sadə də olsa atelye və fabriklər yaratmışdılar".

Nazir vurğulayıb ki, ölkə ərazisində PKK-ya aid mağaralarda xeyli sayda silah-sursat müsadirə edilib: "Bu mağaralar dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə, bəziləri isə 3 mərtəbəli olmaqla yerin 100 metr dərinliyində yerləşirdi.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31