Milad bayramı vaxtı İspaniyada 400 mindən çox yeni iş yeri yaradılacaq
23 Oktyabr 2018 17:53 DünyaBu il İspaniyada əmək müqavilələrinin sayına görə tarixi rekord müəyyən olunacaq və onların sayı 406 minə çatacaq.
İşə düzəlmə məsələlərində ixtisaslaşan "Randstad" şirkəti tərəfindən dərc olunan məqalədə deyilir ki, Milad bayramı vaxtı istehlak və turizmlə birbaşa bağlı olan sektorlarda 406 min yeni əmək müqaviləsinin imzalanmasına zərurət yaranır. Noyabr, dekabr və yanvar aylarında bütün İspaniya ərazisində ticarət, mehmanxana və nəqliyyat biznesi sahələrində iş yerlərinin sayı 8,3 faiz artacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31