Bolton ABŞ-ın orta və qısa məsafəli raketlərin ləğvi haqqında sazişdən mümkün çıxışını şərh edib
23 Oktyabr 2018 16:59 DünyaABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Birləşmiş Ştatların orta və qısa məsafəli raketlərin ləğvi haqqında sazişdən mümkün çıxışının yeni silah yarışına gətirib çıxaracağı və ya dünyanı daha təhlükəli edəcəyi ilə bağlı deyilənləri şişirtmə hesab edir.
C.Bolton bu barədə BBC-yə müsahibəsində ABŞ-ın atdığı addımların yeni silah yarışına gətirib çıxarıb-çıxarmayacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
"Bu söhbət həddən artıq şişirdilib. Təxminən, 17 il əvvəl - ABŞ-ın raket əleyhinə sistemlərin məhdudlaşdırılması üzrə sazişdən çıxdığı zamanda da Moskvada olmuşam. O zaman da çox sayda belə bəyanatlar eşidirdik", - C.Bolton deyib.
Onun sözlərinə görə, ABŞ raket əleyhinə sistemlərin məhdudlaşdırılması üzrə sazişdən çıxdıqdan sonra ölkənin təhlükəsizliyi daha yaxşı təmin olunur.
"Report"