Trampın kürəkənindən vəliəhdə tövsiyə
23 Oktyabr 2018 16:36 DünyaABŞ prezidentin Donald Trampın kürələni və Ağ Evin baş məsləhətçisi Cared Kuşner jurnalist Camal Qaşıqçının cinayəti ilə bağlı aparılan istintaqın şəffaf araşdırılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana tövsiyyələr verib.
O, bu barədə CNN kanalına müsahibəsində bildirib.
Kuşner qeyd edib ki, Tramp və dövlət katibi Mayk Pompeo həqiqətlərin ortaya çıxmasından sonra nə ediləcəyinə dair qərar verəcəklər:
"Səudiyyə Ərəbistanı önəmli müttəfiqdir. Strateji hədəflərimizi yaxşı izləməliyik. Lakin, ortada qorxunc bir hadisə var və bununla da maraqlanmalıyıq. Tövsiyyələrimizə riayət edilib-edilmədiyini yaxında görəcəyik".
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31