Sinif yoldaşlarının “çirkin ördək” dediyi qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO

Sinif yoldaşlarının lağ etdiyi "çirkin ördək" dediyi Coanna Cozef gözəllik kraliçası oldu.

Hindistanda doğulub Malayziyada yaşayan Coannanın uşaqlıq illəri çox çətin olub. 12-16 yaşlarında sinif yoldaşlarının və müəllimlərinin sərt hərəkətlərinə görə depresiya ilə mübarizə aparan qız sonradan gözəllik müsabiqələrinin qalibi olub.

"Çox kök idim. Bir dəfəyə beş boşqab plov yeyirdim. Yeddi yaşım olanda 60 kilo çəkim var idi və məktəbin ən kök usağı idim. Heç kəs mənimlə dostluq etmir, dalımca "çirkin ördək balası" deyirdilər. Ailəmin üzvləri də məni lağa qoyurdular. 16 yaşım olanda düşünməyə başladım. Çünki çəkim 102 kilo olmuşdu. Qeyri-sağlam qidalanma vərdişlərini tərgitdim. Idman salonu əvəzinə evimizin yanındakı tarlada hər gün 2 saat qaçdım. Zaman keçdikcə nəticə aldım. Yeni görünüşüm insanların xoşuna gəldiyi üçün daha çox üzərimdə çalışdım. Amma yenə də lağa qoyurdular. Bəziləri narkotik maddə qəbul etdiyim üçün arıqladığımı deyirdilər. Bu gün çatdığım yeri əldə etmək üçün bir çox şeyi fəda etdim. Heç kəsi vecimə almıram", - deyə Coanna deyib.

Coanna model olmaq qərarına gəlib və iki il əvvəl  "Miss Selangor" dünya gözəllik müsabiqəsinin qalibi, bu il isə "Hindistan Gözəli" müsabiqəsinin ikincisi olub.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31