İran: "Moskva ilə müttəfiq deyilik"
23 Oktyabr 2018 14:46 DünyaMoskva və Tehran strateji müttəfiq deyil.
Bunu Press TV-yə müsahibəsində İran Xarici İşlər nazirinin müavini Hüseyn Caberi Ənsari deyib. Onun sözlərinə görə, İran hökuməti belə tip müttəfiqliklərdən özünün tam müstəqil siyasət yeritmək imkanını əlində saxlamaq üçün qaçır:
"Biz Rusiya ilə strateji müttəfiq yox, strateji tərəfdaşıq. Bu tərəfdaşlıq ümumi maraqlar üzərində qurulub və bütün fikir ayrılıqlarına rəğmən çalışır. İran öz müstəqilliyinin əvəzinə baha ödəyib. İran öz müstəqilliyini nə Rusiya, nə də digər dövlətlərlə münasibətlərə qurban verəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31