Vyetnamın yeni prezidenti seçilib
23 Oktyabr 2018 14:22 DünyaVyetnam parlamenti iqtidardakı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nquen Fu Çonqu ölkənin yeni prezidenti seçib.
Bu barədə Konstitusiyaya əsasən, ölkədə ali hakimiyyət pilləsi olaraq rəhbərləri təyin etmək və ya istefaya göndərmək səlahiyyətinə malik parlamentin Nəzarət Komissiyası məlumat yayıb.
Qeyd edək ki, ölkəyə 2016-cı ildən rəhbərlik edən əvvəlki Prezident Çan Dai Kuanq bu il sentyabrın 21-də vəfat etdikdən sonra dövlət başçısı kürsüsü boşalmışdı.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31