Türkiyədə MHP-AKP ittifaqı başa çatdı

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın başa çatdığını bildirib.

İttifaqın başa çatmasına səbəb amnistiya ilə bağlı partiyalar arasındakı fikir ayrılıqları olub.

D.Bahçeli bildirib ki, MHP-nin məhbusların əfv olunması təklifinə "yuxarıdan aşağı baxan partiya" ilə ittifaqa ehtiyacı yoxdur.

Onun sözlərinə görə, 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində MHP təkbaşına iştirak edəcək.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31