Almaniyada ikibaşlı ilan aşkarlanıb
23 Oktyabr 2018 12:32 DünyaAlmaniyada ikibaşlı ilan aşkarlanıb.
Frankfurtdakı Vəhşi Təbiətin Öyrənilməsi Mərkəzinə nadir ikibaşlı zəhərli ilan ötürülüb.
Bildirilir ki, heyvanlar ABŞ-ın Kentukki ştatında, vəhşi təbiətin qoynunda doğulublar. İlanlar üzrə mütəxəssis Con Makqreqorun sözlərinə görə, ikibaşlı ilanlara vəhşi təbiətdə bir neçə ildən bir rast gəlinir.
O, həmçinin əlavə edib ki, mutasiya xüsusiyyətinə görə, bu heyvanların ömrü çox qısadır. Ona görə də vəhşi təbiətdə ikibaşlı ilanlara nadir hallarda rast gəlinir.
Xatırladaq ki, bir müddət əvvəl Perunun kəndlərindən birində ikibaşlı buzov doğulub.

report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31