İranın XİN rəhbəri ölkəsinin ABŞ-ın sanksiyalarına tab gətirəcəyinə əmindir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Birləşmiş Ştatların sanksiyaları qarşısında tab gətirəcəyinə əminliyini ifadə edib.

Tehdan rəsmisi bu barədə "Kiodo" agentliyinə müsahibəsində bildirib.

"Bir çox ölkələr İranla iş aparmağa hazır olduqlarını nümayiş etdirdilər", - deyə diplomat qeyd edib.

Daha əvvəl ABŞ İranın 20 şirkətinə və bankına qarşı sanksiyalar tətbiq edib. Xatırladaq ki, İran OPEC-dən sanksiyalara qarşı dəstək istəyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31