Ukrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına şikayət edib
23 Oktyabr 2018 12:08 DünyaUkrayna Ermənistandan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
Bu barədə ÜTT-nin hesabatında bildirilib.
Buna səbəb rəsmi Yerevanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır.
Ukrayna Ermənistanla yanaşı, Qırğız Respublkasından da təşkilata şikayət edib.
Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər: "Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb".
Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31